16 Oktyabr, 2012
Kosmosdan paraşütlə tullanıb, karyerasını başa vurdu

Bu hərəkəti ilə Ginnesin rekordlar kitabına düşdü

Kosmosdan paraşütlə tullanmaqla bütün dünyanın diqqətini cəlb edən idmançı Feliks Baumqartner kariyerasını başa vurduğunu açıqlayıb. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, idmançı Avstriya mediasına açıqlamasında bunun səbəbini belə izah edib: “Stratosferdən tullanmaqla həyatımın nə böyük layihəsini reallaşdırdım. Artıq Co Kittinqer kimi yerimdə oturub yeni nəslə nümunə olmaq istəyirəm. Bütün baş verənlərdən sonra sağ qaldığıma görə xoşbəxtəm”. 
İdmançı onu da qeyd edib ki, bundan sonra həyatını helikopter pilotu kimi davam etdirmək istəyir.

İlk cəhdində uğursuz olan idmançı “Sonuncu atlayışım zamanı hər damla tərim çox qiymətlidir”-deyib.

Fatimə Kərimli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!