16 Oktyabr, 2012
Mebel istehsalı və satışına qadağan qoyuldu

Lənkəran Ərazi İdarəsi tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndində fəaliyyət göstərən "Dalğa-94" MMC-də mebel istehsalı və satışı qadağan edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Simsar.az-a daxil olan məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndində fəaliyyət göstərən "Dalğa-94" MMC-də mebel istehsalına dövlət nəzarəti həyata keçirilib.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə mebellər (divan, kreslo, yataq dəsti, stol və stul) AZS Milli Sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur.
İstehsal zamanı istifadə olunan 104 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmiş istifadə olunur ki, bu da "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanunun tələblərinə uyğun deyil. İstehsal olunmuş mebellərin üzərində markalanma aparılmır, müəssisənin adı və ünvanı göstərilmir.
Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq "DALĞA-94" MMC-yə inzibati protokol tərtib edilib, müəssisədə istehsal olunan mebellərin (divan, kreslo, yataq dəsti, stol və stul) istehsalı və satışı qadağan edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!