16 Oktyabr, 2012
Böyük İpək Yolu Festivalından – EKSKLÜZİV FOTOLAR

.

Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalı çərçivəsində ABŞ-ın Hyuston (Texas) Ştatında bir sıra mühüm tədbirlər keçirilib. Türk dünyasının tanınmış simalarının qatıldığı tədbir bir neçə əlamətdar hadisə ilə yadda qalıb.
Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalında Azərbaycandan millət vəkili Qənirə Paşayeva, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, ARDNŞ-nin vitse-prezidenti Xaliq Məmmədov, NOVCO Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev və çoxsaylı iş adamları və ictimai xadimlər iştirak edib.
Hyuston Ştatındakı yenicə fəaliyyətə başlayan, Azərbaycan dili və mədəniyyətini öyrədən məktəbdə də olan Azərbaycanlı nümayəndələr məktəbin fəaliyyəti ilə yaxından maraqlanıblar.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!