16 Oktyabr, 2012
2300 illik maskalar tapıldı

.

Türkiyənin Muğla şəhəri Yatağan bölgəsindəki qazıntı işləri zamanı 2300 illik tarixə malik olduğu təxmin edilən 15 ədəd maska tapılıb. Simsar.az-ın məlumatına görə, qazıntıya başçılıq edən dr. Bilal Söyüd mifologiya tanrılarını təmsil edən 15 ədəd maskanı aşkar etdiklərini bildirib. B.Söyüd verdiyi açıqlamada maskaların antik dövr teatrlarını öyrənmək üçün əvəzedilməz olduğunu vurğulayıb: “Teatrlar antik dövrün ən əhəmiyyətli təhsil və mədəniyyət məkanlarıdır. Maskalar faciə və komedia ilə əlaqədar fərqli tanrılar və antik dövrün bir çox yazıçısı ilə əlaqədardır. Maskaların arasında Dionis, tanrı Men, Apollon, Artemis və Silenos var”.

İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!