15 Oktyabr, 2012
Rəbiyyə Zərdabinin oğlunun təhsil problemi həll olundu


O, Aqil Abbas və Mehriban Zeynalovanın yardımçı olduğunu deyir

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin törəmələrindən biri Rəbiyyə Zərdabinin İncəsənət və Mədəniyyət Universitetindən işdən çıxalrılması haqda bir qədər əvvəl məlumat vermişdik. O, Simsar.az-a müsahibəsində bildirib ki, işdən çıxarılması Türkiyənin Qazintep Dövlət Universitetində oxuyan oğlu Hüseyn Zərdabinin təhsil haqqının verilməsində çətinlik yaradıb.

Simsar.az məsələni ictimailəşdirdikdən sonra tanınmış şəxslər R.Zərdabiyə dəstək vermək qərarına gəliblər. Millət vəkili Aqil Abbas Hüseynin təhsilini davam etdirməsi üçün Zərdabi ailəsinə maddi köməklik göstərib.

Rəbiyyə xanım saytımız vasitəsilə onlara yardımçı olanlara təşəkkürünü çatdırdı:
“Oğlumun təhsil haqqını ödəməyə maddi imkanım çatmadı. Millət vəkili Aqil Abbas və “Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova mənə bu işdə köməklik etdi”.

R. Zərdabinin sözlərinə görə, millət vəkili Qənirə Paşayeva da ona köməklik edəcəyinə söz verib.

Fatimə Kərimli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!