15 Oktyabr, 2012
Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq (SİYAHI)

/

Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 15-16-da Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı və Nazirlər Şurasının 20-ci iclası ilə əlaqədar paytaxtın Heydər Əliyev, Neftçilər, Bülbül, İnşaatçılar prospektlərində, Yusif Səfərov, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Niyazi, İstiqlaliyyət, Rəşid Behbudov, 28 May, Bakıxanov, Koroğlu Rəhimov küçələrində, eləcə də "Azneft meydanı" və "Qələbə meydanı" istiqamətinə şəxsi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, qeyd olunan küçə və prospektlər istiqamətində şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!