12 Oktyabr, 2012
"Erməni soyqırımı iddiaları və XXI yüzildə Qafqazlar"

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Karabük vilayətində keçirilən "Erməni soyqırımı iddiaları və XXI yüzildə Qafqazlar" adlı konfransda çıxış edəcək

Türkiyənin Karabük vilayətində "Erməni soyqırımı iddiaları və XXI yüzildə Qafqazlar" adlı konfrans keçiriləcək. Simsar.az-a konfransın əsas məqsədi qondarma erməni soyqırımı iddialarına qarşı aparılan mübarizə, bu istiqamətdə görülən işlər, 21-ci yüzildə Cənubi Qafqazda vəziyyət, Azərbaycan-Türkiyə münasibətləri, habelə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələrin aparılmasıdır.
Konfransda iştirak edəcək millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi və qondarma erməni soyqırımı iddialarına qarşı aparılan mübarizə ilə bağlı geniş məruzə ilə çıxış edəcək.
Konfrans Türk Ocaqları, Türkiyə Kamu Çalışanları Birliyi və BRTV tərəfindən təşkil edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!