11 Oktyabr, 2012
Müəllimlər də lisenziya almalı olacaq

.

"Yaxın illərdə Azərbaycanda müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması nəzərdə tutulur". Bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması təhsillə bağlı qanunvericilikdə də öz əksini tapıb.

Nazir bildirib ki, hələlik bunun həyata keçirilmə mexanizmi hazırlanmayıb.

Mərdanov onu da əlavə edib ki, bu gün Azərbaycanda müəllimlik fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər görülür. Nazir buna misal kimi hər il "Ən yaxşı məktəb" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsini göstərib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!