11 Oktyabr, 2012
İlqar Mikayıloğlu: “...danışmaq istəmirəm”

/

“Bacımla bağlı danışmaq istəmirəm”. Bunu Simsar.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın qardaşı, hazırda ANS-də aparıcı işləyən İlqar Mikayıloğlu bildirib.

Sabiq deputatla bağlı hər gün daha sərt açıqlamaların şahidi oluruq. Ona qarşı bəzən təhqiramiz, siyasi mədəniyyətdən uzaq ifadələr işlədilir, barəsində alçaldıcı şeirlər yazılır.

İ.Mikayıloğlu “facebook” sosial şəbəkəsində “Gülər Əhmədova hər şeydən əvvəl mənim bacımdır. Kimin nə sözü varsa, gəlsin kişiyanə danışaq”, deyə yazmışdı.

Simsar.az bir neçə dəfə İ.Mikayıloğlu ilə əlaqə saxlayaraq bacısı barədə yazılanlara münasibət öyrənmək istəyib. Aparıcı isə hər dəfə “bu barədə danışmaq istəmirəm” - deyə, cavab verib



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!