10 Oktyabr, 2012
Bakının 2 yolu bağlandı

.

Bakıda təmir-tikinti işlərinin aparılması ilə əlaqədar daha iki yol bağlanıb. Simsar.az Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, Həsən bəy Zərdabi prospektində, 20 Yanvar dairəsindən Əsəd Əhmədov küçəsi kəsişməsinə kimi Qələbə dairəsi istiqamətində olan hərəkət hissəsində təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq yol bağlanıb.
Həsən Əliyev küçəsi (Atatürk pr. istiqamətində) Azadlıq prospekti kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi kəsişməsinə kimi təmir-tikinti işləri ilə əlaqədar bağlıdır.
Hər iki yolun əks hərəkət hissəsi 2 istiqamətli olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!