10 Oktyabr, 2012
Nazirliklər və icra hakimiyyəti qurbanlıq heyvanların satışını təşkil edəcək

.

Qurban bayramının yaxınlaşması ilə əlaqədar, əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışını təşkil edəcəklər.
İqtisadi İnkişaf Nazirliyindən Simsar.az-a verilən məlumata görə, yaxın günlərdə satış məntəqələrinin ünvanları barədə əlavə məlumat veriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!