10 Oktyabr, 2012
Kimya üzrə Nobel mükafatının lauretları bəlli olub

Oktyabrın 10-u İsveçin paytaxtı Stokholmda kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.


2012-ci ildə bu nominasiyanın qalibləri amerikalı biokimyaçılar Robert Levkovis və Brayan Kobilka olublar. Onlar yeni zülal növü icad etdiklərinə görə mükafatlandırılıblar. Bu zülallar hüceyrələr arasında siqnalların ötürülməsində iştirak edir.
Mükafatların təqdimatı mərasimi 2012-ci il dekabrın 10-da Stokholmda keçiriləcək. Builki mükafatın məbləği 1,2 milyon ABŞ dolları təşkil edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!