10 Oktyabr, 2012
Radikal islamçıların silahları ələ keçirildi

.

Fransada radikal islamçılara əməliyyatda partlayıcı istehsalında istifadə edilən maddələr ələ keçirilib. Simsar.az-ın məlumatına görə, Fransada terrorla mübarizə qruplarının şübhəli radikal islamçılara qarşı təşkil etdikləri əməliyyat vaxtı bomba istehsal vasitələri və silahlar ələ keçirilib.
Paris prokuroru François Molins bu gün verdiyi açıqlamada bir terror şəbəkəsini ortaya çıxardıqlarına inandıqlarını deyib. Həftə sonu nəzarətə alınan şübhəlilərin 24 saat daha nəzarətdə qalacaqları bildirilib.


İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!