10 Oktyabr, 2012
Cəbhədəki monitorinq başa çatdı

..

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Ağdam şəhərinin şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilib. Simsar.az-ın xəbərinə görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Xristo Xristov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Jiri Aberle keçiriblər.

Anjey Kasprşik jurnalistlərə açıqlamasında monitorinqin normal keçdiyini, hər hansı insident qeydə almadıqlarını deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!