10 Oktyabr, 2012
Pensiyalar artacaq

Azərbaycanda gələn il pensiyaların baza hissəsinin artırılması gözlənilir.



Simsar.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib. S.Müslümovun sözlərinə görə, pensiyaların artımı ilə bağlı ilk növbədə gələn ilin yanvar ayında 2012-ci ilin inflyasiyasına uyğun olaraq indeksasiya aparılacaq.

Bundan başqa, sədr bildirib ki, pensiyaların baza hissəsinin daha ciddi artımı Fondun 2012-ci ilin maliyyə nəticələrindən asılı olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!