10 Oktyabr, 2012
Pakistanda “Amip” paraziti 10 nəfərinölümünə səbəb oldu

.

Pakistanın ən böyük şəhəri olan Kəraçidə son bir neçə ay ərzində 10 nəfərin nadir rastlanan "beyin yeyən" amip (virus) səbəbi ilə həyatını itirdiyi bildirilib. Simsar.az-ın məlumatına görə, səlahiyyətlilər parazit qaynağının hələ bilinmədiyini deyiblər. 
Həyatını itirənlərin burunlarına çəkdikləri sudan amipə yoluxduqları güman edilir. Regionun sağlamlıq üzrə həkimi Dr. Şakil Malik ölənlərdən 9-unun kişi, birinin isə 4 yaşındakı bir uşaq olduğunu deyib. Onun sözlərinə görə, xəstəxanalar vövqəladə vəziyyətə keçib.

Xatırladaq ki, xəstəliyə səbəb olan “Naegleria Fowler” amipi isti suda yaşayır, bədəninə girdiyi insan və ya heyvanların beyin toxumasını yox edir.

Qızdırma, ürək bulanması, qusma, boyun tutulması və başağrısı əlamətləri ilə özünü göstərən xəstəlik, adətən, bir həftə içində ölümlə nəticələnir.

İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!