10 Oktyabr, 2012
Dünən ölkədə 39 cinayət törədilib

Yol qəzalarında 6 nəfər ölüb, 11 nəfər isə yaralanıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınıb. Simsar.az DİN-in saytına istinadən xəbər verir ki, onların da 18-i “isti izlər”lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin də üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 21 nəfər tutulub..

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!