10 Oktyabr, 2012
Naxçıvanda ağır yol qəzası baş verib

Hadisə Şahbuz rayonunun Sələsüz kəndi ərazisində 

Oktyabrın 9-da saat 12.00 radələrində Şahbuz rayonunun Sələsüz kəndi ərazisində, rayon sakini Vüsal Məmmədovun idarə etdiyi "VAZ-2107" və Naxçıvan şəhər sakini Abuzər Əhmədovun idarə etdiyi "Mitsubishi" markalı avtomaşınlar toqquşub. Simsar.az Daxili İşlər nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə nəticədə V.Məmmədovun sərnişinləri Pərviz Quliyev və Əhəd Məmmədov hadisə yerindən sağ çıxmayıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!