10 Oktyabr, 2012
İraq Rusiyadan 4 milyard dollarlıq silah alacaq

Dövlətlərarası rəsmi müqavilələrin imzalandığı təsdiqləndi

Rusiya və İraqın son aylar ərzində silah ticarəti ilə bağlı bir neçə müqavilə bağladığı ilk dəfə rəsmi olaraq təsdiqlənib. Simsar.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, müqavilə ilə bağlı rəsmi sənədlər Rusiyanın və İraqın baş nazirləri Dmitri Medvedyevlə Nuri Maliki arasında Moskvada hazırlanıb. Sənədlərdə İraqın Rusiyadan 4.2 milyard dollar məbləğdən artıq sillah alqı-satqısı edəcəyi nəzərdə tutulur.
Əvvəllər də İraqın Rusiyadan silah almağa hazırlaşdığı ilə bağlı ekspertlərin rəyi olsa da, bunlar rəsmi təsdiqini tapmamışdı.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!