10 Oktyabr, 2012
Özbəkistan prezidenti Azərbaycana gəlir

.

Oktyabrın 11-12-də Özbəkistan prezidenti İslam Kərimov Azərbaycanda rəsmi səfərdə olacaq. Simsar.az-ın Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Azərbaycan prezidentinin dəvəti əsasında gerçəkləşəcək.

Dövlət başçıları ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

Səfərin yekunları əsasında birgə Bəyannamənin, eləcə də müxtəlif sahələrə aid sənədlərin imzalanması planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!