10 Oktyabr, 2012
Canlı tarakan yedi, öldü

.

ABŞ-da canlı tarakan yemə yarışının qalibi yarışdan dərhal sonra ölüb. Simsar.az-ın məlumatına görə, Mayaminin 64 kilometr şimalındakı Deerfield Sahilində yerləşən “Ben Siegel” dükanında cümə günü təşkil edilən yarışmada birinci olan 32 yaşındakı Edward Arşbold yarışdan dərhal sonra pisləşərək huşunu itirib. Arşbold xəstəxanada həyatını itirib. Ölüm səbəbinin müəyyən edilməsi üçün dəqiq nəticələrin gözlənildiyi ifadə edilib. Təxminən 30 adamın qatıldığı yarışın böyük mükafatı bir piton olub. Digər iştirakçılardan heç kim xəstələnməyib. Kaliforniya Universiteti professoru Michael Adams tarakanların bəzi bakteriya daşımadıqları halda yeyilmələrinin qorxulu olmadığını söyləyib. Daha əvvəl tarakan yedikdən sonra ölən bir insan olmadığını bildirən Adams, bəzi insanların tarakanlara allergiyası olduğunu da sözlərinə əlavə edib.


İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!