9 Oktyabr, 2012
Qara Qarayev üçün 915 min manatlıq abidə

.

Nazirlər Kabineti Bakı şəhərində Azərbaycanın görkəmli bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin abidəsi ucaldılmasına dair qərar qəbul edib. Nazirlər Kabinetinin məlumatına görə Baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 914 515 manat vəsait ayrılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!