9 Oktyabr, 2012
Bakıda jurnalistlərin binasının tikintisi başa çatıb

Yaxın günlərdə mənzillərin təmirinə başlanılacaq



Bakıda jurnalistlər üçün tikilən çoxmərtəbəli yaşayış binasında iş sürətlə davam edir. Simsar.az-ın məlumatına görə, artıq binanın betonlanma işi başa çatıb. Mərtəbələr, mənzillər və otaqlar arasındakı arakəsmələr də artıq hörülüb. Yaxın vaxtlarda binanın fasadlanmasına, mənzillərin təmirinə və digər texniki məsələlərin həllinə başlanılacaq. 16 mərtəbəli və 146 mənzilli binanın 2013-cü il, iyulun 22-də, yəni, Milli Mətbuat Günü istifadəyə verilməsi gözlənilir.


Qeyd edək ki, binada mənzillərin hansı prinsiplər əsasında paylanacağı hələ də açıqlanmayıb. 16 mərtəbəli binanın tikintisinə 2011-ci ilin dekabrında Səbail rayonu Bibiheybət qəsəbəsində ayrılmış bir hektarlıq sahədə başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!