8 Oktyabr, 2012
Bazarda saxta məhsullar

.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında növbəti monitorinqlər keçirib.

Monitorinq zamanı Bakının Nizami rayonunda Q.Qarayev prospekti, 3 ünvanında yerləşən “Dadım market”də saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Həmçinin Nəsimi rayonunda
-Azadlıq prospekti, 95 ünvanında Xeyrəddin Əliyevə məxsus mağazada;
-Nizami küçəsi, ev 121, mənzil 33 ünvanında yerləşən “Nicat market”də;
-S.Rüstəm küçəsi, ev 3, mənzil 2 ünvanında “Lankon market”də;
-A.Məhərrəmov küçəsi, ev 34, mənzil 48 ünvanında yerləşən “Elxan market”də;

Nizami rayonunda
-Çobanzadə küçəsində Elşən İsrafilova və Çimnaz Sadıqovaya məxsus mağazalarda;
-Q.Qarayev prospekti, 25/6 ünvanında yerləşən “Çinarə market”də saxlama müddəti ötmüş malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.

Göygöl rayonunda
-Aşıqlı kəndində Riza Xamzayevə məxsus mağazada;
Lənkəranda şəhərində
-Ə.Məmmədov küçəsində Hikmət İsmayılova məxsus mağazada;

Gəncə şəhərində
- Z.Hacıyev küçəsində Nizami Hüseynova məxsus mağazada;
- Xətai prospekti, ev 34 ünvanında Samir Ocaqverdiyevə məxsus mağazada;
-T.Arani küçəsi, 7/22 ünvanında Zoya Həsənovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!