8 Oktyabr, 2012
BDU-dan açıqlama: “Gülər Əhmədova 10 ilə yaxındır universitetin müəllimidir”

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova sabiq deputat Gülər Əhmədovanın universitetdən uzaqlaşdırılması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib

“Gülər Əhmədova 10 ilə yaxındır ki, Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimidir. O, 0,5 ştat müəllim olduğu üçün adətən dərsləri az olur. Bu semestr müddətində də yalnız bir qrup magistrə həftəaşırı bir qoşa saat dərs keçir”. Bu sözləri Simsar.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova sabiq deputat Gülər Əhmədovanın universitetdən uzaqlaşdırılması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, G.Əhmədova sonuncu dəfə sentyabrın 21-də olan dərslərini özü deyib: “Növbəti dərsi oktyabrın 5-də olsa da, kafedraya məlumat verilib ki, gələ bilməyəcək. Onun dərsi əvəz edilib. Gülər Əhmədovanın növbəti dərsi oktyabrın 19-dur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!