8 Oktyabr, 2012
Fiziologiya və tibb üzrə Nobelçilərin adı açıqlandı

İngiltərə və Yaponiyadan olan alimlər mükafata layiq görüldülər 

İsveçdə fiziologiya və tibb sahəsində Nobel mükafatı qaliblərinin adları açıqlanıb. Simsar.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, kök hüceyrələri sahəsində aparılan tədqiqatra görə, Böyük Britaniyadan Con Kardon və Yaponiyadan Sinya Yamanka mükafatlara layiq görülüblər. 
Həftənin çərşənbə günü fizika, cümə axşamı ədəbiyyat sahələri üzrə qaliblər elan olunacaq. Cümə günü isə Oslada keçiriləcək təqdimatda dünya sülh mükafatının qalibi bəlli olacaq.
Mükafatların təqdimat mərasimi dekabr ayının 10-da 100 il bundan əvvəl mükafatı təsis edən Alfred Nobelin vəfatının ildönümündə keçiriləcək.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!