8 Oktyabr, 2012
V beynəlxalq seysmoloji konfrans başlayıb

.

AMEA Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanda seysmoloji xidmətin 110 illiyinə həsr olunmuş “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfrans işinə başlayıb. Konfransın açılış saat 11:00-da AMEA –nın akt zalında baş tutub.

Simsar.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli çıxış edərək, “Azərbaycan ərazisində tarixən baş verən ən güclü zəlzələlərin episentr xəritəsi hazırlanıb”- deyib. Mərkəz direktoru, Azərbaycan ərazisi seysmik cəhətdən aktiv olduğundan burda tarixən güclü zəlzələlər baş verib. 427-ci ildən 2012-ci ilin yarısına qədər Azərbaycan ərazisində baş verən ən güclü zəlzələlərin qeydiyyatının aparıldığını bildirib: “Azərbaycanda seysmogen zonalar həmişə aktiv olub. Şamaxı və İsmayıllı çox aktiv seysmik zona olduğundan tarixən burda Rixter cədvəli ilə maqnitudası 5 baldan yuxarı zəlzələlər baş verib. Bu bölgədə ən axırıncı güclü zəlzələ 1902-ci il yanvarın 31-də baş verib, məhz həmin tarixdən də Azərbaycanda seysmik müşahidələr aparılmağa başlayıb”.

Qeyd edək ki, Daha sonra konfrans öz işini “Crescent Beach Hotel” də davam etdirəcəkdir. 3 gün davam edəcək müzakirələr zamanı ayrı-ayrı ölkələrdən olan seysmoloq alimlər öz məruzələrini təqdim edəcəklər. Həmçinin konfrans iştirakçılarının Şamaxı rayonuna da səfəri nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!