6 Oktyabr, 2012
Hava haqqında xəbərləri niyə qadınlar təqdim edir?

.

Norveçin TV2 kanalında 1996-cı ildən bəri hava vəziyyətini təqdim edən aparıcıların qadınlar olması ölkədə gender bərabərliyi ilə bağlı mübahisələrə səbəb olub. Simsar.az-ın məlumatına görə, Aqnar Stöverud adlı bir tamaşaçı televiziyada hava haqqında xəbərləri verən “StormGeo” hissəsini ayrı-seçkilik etməklə günahlandıraraq Norveç Bərabərlik və Ayrıseçkilik Ombudsmanına (LDO) şikayət edib. Qadın aparıcıların çox məşhur olduqlarını ifadə edən Stöverud, iş bazarında qadın və kişilərin qanunla bərabər hüquqlara sahib olduğunu, qanunun pozulduğunu deyib. Ancaq kanal rəhbərliyi qadınların işə alınmasının “şüurlu olaraq tətbiq olunan müvəffəqiyyətli bir strategiya” olduğunu, həmçinin bu işə ən çox qadınların müraciət etdiklərini ifadə edib. Helland həm də  bunun ombudsmana şikayət ediləsi  bir məsələ olmadığını, redaktorun proqram məzmununu seçmə azadlığı olduğunu qeyd edib.

İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!