5 Oktyabr, 2012
Naxçıvana uça bilmədi

Yenidən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb.

«Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə havaya qalxan təyyarə texniki problemlər səbəbindən yenidən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb.

Hava limanından Simsar.az-a verilən məlumata görə, AZAL-ın 253 saylı Bakı-Naxçıvan aviareysi üzrə saat 14:00-da havaya qalxan «Boeing-757-200» təyyarəsi yenidən hava limanına qayıdıb: «Buna səbəb təyyarədə üzə çıxan texniki nasazlıq olub. Təyyarə normal qaydada Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Hazırda bu aviareysin sərnişinləri gözləmə zalında yerləşdirilib. Sözügedən aviareysin nə vaxt yola salınacağı təxminən saat 17:00-da bilinəcək».

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!