5 Oktyabr, 2012
Gəncədə I Beynəlxalq Şərab Festivalı keçiriləcək

.

Oktyabrın 6-7-də İqtisadi İnkişaf Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə “I Beynəlxalq Şərab Festivalı” keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, festivalda rəsmi şəxslərlə yanaşı, yerli və xarici şərab istehsalçılarının iştirakı nəzərdə tutulur.
Fransanın dövlət rəsmiləri, aparıcı üzümçülük əyalətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Festivalda fəxri qonaq qismində iştirak edəcək.
Tədbir çərçivəsində “Üzümçülük və şərabçılığın inkişafı perspektivləri: qabaqcıl təcrübə və texnologiyalardan istifadə imkanları” mövzusunda beynəlxalq elmi-praktik Konfrans, yerli və xarici şərab istehsalçıları arasında İşgüzar Görüş təşkil ediləcək.
Festivalın rəsmi açılışı 6 oktyabr tarixində saat 11:00-da Gəncə şəhəri, Kəpəz otelinin qarşısında keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!