5 Oktyabr, 2012
Beynəlxalq Müəllimlər Günüdür

.

Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO imzalayıb - təşkilatda müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.

Qeyd edək ki, Azərbaycanda 7000-dən artıq təhsil müəssisəsində 330 000 pedaqoq var. Onlardan təxminən 170 min nəfəri ümumtəhsil məktəblərində işləyir. Müəllimlər günü hələ SSRİ-də qeyd olunub. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!