4 Oktyabr, 2012
Standartdan kənar mebellərə qarşı mübarizə güclənəcək

.

Azərbaycanda “Mebel sənayesi məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb
Standartlaşdırma sahəsində aparılan işlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən “Mebel sənayesi məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (TK 14) yaradılmışdır. Əmrə əsasən Texniki Komitənin Əsasnaməsi, strukturu, üzv təşkilatların siyahısı və 2012-ci il üçün Fəaliyyət Planı təsdiq edilib.
Texniki Komitənin fəaliyyətinin məqsədi məişət, ofis mebeli və ağac materialları sahələrində milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasından ibarətdir.
Təsdiq olunmuş Tədbirlər Planına əsasən “Mebel sənayesi məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (TK 14) cari ilin sonunadək mebel sənayesi sahəsi ilə bağlı 9 milli standart layihəsi hazırlayıb SMPDK-ya təqdim etməlidir. Bunlar təhsil müəssisələrində istifadə olunan stol-stulların ölçüləri, oturacaqların müvazinətinin təyini, evlərdə istifadə olunan sabit və qatlana bilinən uşaq çarpayılarının təhlükəsizlik tələbləri və test metodları, ofis mebeli, ofis stullarında stabilliyin, sərtlik və möhkəmliyin müəyyən edilməsi üçün test metodları, ağac əsaslı materiallarda lövhə ölçülərinin (qalınlıq, en və uzunluq), qaz analizi metodu ilə formaldehitin ayrılmasının və ekstraksiya metodu ilə formaldehitin miqdarının təyini, həmçinin ağac əsaslı materiallarda bağlantı elementlərinin geri çıxma imkanlarının təyini ilə bağlı standartlardır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!