4 Oktyabr, 2012
Türk media nümayəndələrinin Azərbaycanda rəsmi səfəri yekunlaşıb

Türk mediasını təmsil edən iqtisadiyyat müxbirləri, redaktorlardan ibarət 20 nəfər nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri yekunlaşıb. 

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, millət vəkilləri, Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşqun, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Neft fondu, TÜSAİB, ATİB rəhbərliyi və digər rəsmi şəxslərlə görüşüb. 

Görüşlər zamanı Türkiyə-Azərbaycan münasibətləri, iqtisadi-kommersiya, neft-qaz sənayəsi məsələləri, gənclər siyasəti müzakirə olunub.

Səfər baş ofisi İstanbulda yerləşən Xəzər Strateji İnstitutu tərəfindən təşkil edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!