4 Oktyabr, 2012
Hava haqqında

.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 04-də hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Oktyabrın 04-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Hava şəraitinin qısa icmalı
Ölkə ərazisində nisbətən mülayim hava şəraiti davam etsə də, oktyabrı 04-05-də əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!