1 Oktyabr, 2012
5 prokurorluq işçisi general oldu

Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə 5 nəfər prokurorluq işçisinə general rütbəsi verilib.

Simsar.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri Şəfahət İmranov və Rasim Kazımova ədliyyə general-mayoru xüsusi rütbələri verilib. Baş Prokurorluğun hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov, baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov və Baş Prokurorluğun Maddi texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov isə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (general-mayor) ali xüsusi rütbələri verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!