29 Sentyabr, 2012
300-ə qədər uşaq o günü gözləyir

.


Azərbaycanda 300-ə qədər uşaq ürək əməliyyatı üçün növbədə dayanıb. Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Simsar.az xəbər verir ki, Nazir müavini 3 il əvvəl ölkədə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait əsasında Elmi-Cərrahiyə Mərkəzinin nəzdində Uşaq Cərrahiyə Mərkəzi yaradıldığını deyib. İndiyədək burada 250 uşaq üzərində müxtəlif çeşidli ürək əməliyyatları keçirilib. Növbədə dayanmış 300 uşağın əməliyyatı isə bir il ərzində həyata keçiriləcək.

Nazir müavini uşaqlarda ürək qüsurlarının çoxalması ilə bağlı fikirlərlə razılaşmayıb: «Sadəcə əvvəllər uşaqlar müalicə üçün başqa ölkələrə və ya özəl klinikalara üz tuturdular. Artıq bu məsələ dövlət tərəfindən həllini tapıb».

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!