29 Sentyabr, 2012
Sürücülük vəsiqəsini dəyişdirənlər pul ödəyəcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün rüsum tətbiq olunacaq.

Simsar.az xəbər verir ki, Milli Məclis bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edəcək. Bu xidmət üçün 15 manat məbləğində rüsum müəyyənləşdirilib.

İndiyədək Azərbaycanda yalnız sürücülük vəsiqəsinin verilməsi üçün 15 manat rüsum alınırdı. Qanuna dəyişiklik qüvvəyə mindikdən sonra sürücülük vəsiqələri dəyişdirilərkən də eyni miqdarda vəsait tələb olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!