29 Sentyabr, 2012
FHN Qarabağda təlim keçirib

.

Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin xüsusi xilasetmə hissəsinin xilasediciləri üçün təlim keçirib.


Simsar.az-ın APA-ya istinadən məlumatına görə,təlimin keçirilməsində məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin görülməsi zamanı idarəetmənin təşkili, yol nəqliyyat qəzası nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalmış insanların xilas edilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, həmçinin psixoloji hazırlığın möhkəmləndirilməsi, xüsusi alət və avadanlıqdan düzgün və təhlükəsiz istifadə olunması vərdişlərini təkmilləşdirməkdir.

Tədbirin sonunda görülmüş işlər müzakirə olunub,, çatışmazlıqlar haqqında müzakirələr aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!