29 Sentyabr, 2012
Hava haqqında

.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Sentyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 17-20, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Sentyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Hava şəraitinin qısa icmalı
Sentyabr ayının 29-30-da hava şəraiti nisbətən sabitləşəcək, gilavar küləyi xəzri küləyi ilə əvəz olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!