28 Sentyabr, 2012
Dilçilik İnstitutunun direktoru təkzib edir

Fəxrəddin Veysəlli: “Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda gedən xəbərlər həqiqəti əks etdirmir”


Bu günlərdə mətbuatda yeni orfoqrafiya lüğətinin hazırlanması və bu kitabdakı bəzi sözlərin yazılış qaydalarının dəyişilməsi ilə bağlı xəbərlər yayıldı. Lüğətdəki bəzi sözlərin yazılışı isə böyük rezonansa səbəb oldu. Lüğətlə bağlı ortaya çıxan qeyri-müəyyənliyə aydınlıq gətirmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli ilə əlaqə saxladıq. F.Veysəlli Simsar.az-a bildirdi ki, yeni orfoqrafiya lüğəti əvvəlkindən çox fərqlənəcək.
Ancaq yeni lüğət hələ çapdan çıxmadığı üçün bu haqda danışmaq düzgün deyil: “Bəziləri hələ nəşr olunmamış və görmədikləri kitabdakı nöqsanlardan danışırsa bu gülünc və absurddur. Orfoqrafiya lüğəti nəşr olunduqdan sonra isə dəyişikliklər haqqında cəmiyyətdə yaranmış suallara aydınlıq gətiriləcək”.
Qeyd edək ki, yeni lüğət artıq çap olunmaq üçün "Qərb və Şərq" nəşriyyatına təqdim edilib. Onun yaxın aylarda işıq üzü görəcəyi gözlənilir.

 

İlknur Salamova 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!