28 Sentyabr, 2012
Gülər Əhmədovanın insult keçirməsi təsdiqləndi

İlqar Mikayıloğlu: "Gecə saatlarında Gülər Əhmədovanın vəziyyəti pisləşib"

Son günlər adı qalmaqallarda hallanan millət vəkili, Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri Gülər Əhmədova insult keçirib. Gülər xanımın qardaşı, teleaparıcı İlqar Mikayıloğlu jurnalistlərə açıqlamasında, gecə saatlarında bacısının vəziyyətinin pisləşdiyini bildirdi. 

"Günə Baxan" verilişinin aparıcısı İlqar Mikayıloğlu bacısının səhhətində yaranmış problemi belə izah etdi: "Gülər xanım sadəcə baxır. Heç bir şeyə reaksiya vermir. Anamı yanına apardım. Həkimlər gəldikdə efirim olduğundan çıxmaq məcburiyyətində qaldım. Həkimlərin dəqiq diaqnozu bu gün aparılacaq müayinələrdən sonra bəlli olacaq".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!