27 Sentyabr, 2012
“Golden Ring” şadlıq evi də qeyri-standart elan olundu - FOTOLAR

.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 2403 ünvanında yerləşən “Emin N” MMC-yə məxsus “Golden Ring” şadlıq evində dövlət nəzarəti aparılıb.

Araşdırma zamanı müəyyən olunub ki, şadlıq evində müxtəlif kulinar məmulatların və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar qanunun tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan, aşpazlar tərəfindən öz bildikləri kimi hazırlanır. Bundan başqa məhsulların saxlanma rejiminə riayət olunmur. Belə ki, turşu və şorabalar anbardan kənarda antisanitar vəziyyətdə saxlanılır.

Müəssisənin anbarına keçirilmiş baxış zamanı mənşəyi bəlli olmayan 150 kq nərə balığının əti, 400 ədəd 3 litrlik balonlarda zeytun turşusu, 100 ədəd 3 litrlik balonlarda müxtəlif növ turşular aşkar edilmişdir. Həmçinin mərasim üçün hazırlanmış tortun, müxtəlif növ içkilərin, ədviyyatların, çörəyin sertifikatları mövcud olmayıb.

Aşkar olunmuş qanun pozuntuları ilə bağlı müəssisəyə iradnamə və tələbnamə verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!