27 Sentyabr, 2012
Qulu Məhərrəmlinin Xəzər TV-dəki verilişləri bağlandı

Tamaşaçılara bununla bağlı xəbərdarlıq edilməsə də, artıq verilişlər efirdə olmayacaq

 

 “Xəzər” TV-də yayımlanan “Həyata baxış” verilişi bağlanıb. “Xəzər” TV-nin mətbuat xidmətinin rəhbəri Məryəm Qulamova Simsar.az-a bildirib ki, “Xəzər”  TV-nin 5 illiyi yaxınlaşdığı üçün artıq yeniliklər edilir, köhnə verilişlər yenilərlə əvəz olunur. Bu verilişlərdən biri də “Həyata baxış”dır. Tamaşaçılara bununla bağlı xəbərdarlıq edilməsə də, artıq veriliş efirdə olmayacaq. Amma daha böyük formatda tok-şou janrında yeni veriliş yayımlanacaq. Verilişin aparıcısının isə kim olacağı veriliş yayımlanarkən məlum olacaq.

M.Qulamova onu da deyib ki, telekanalda yayımlanan digər bir veriliş də artıq yayımdan qaldırılıb. Belə ki, Qulu Məhərrəmlinin aparıcısı olduğu “Gündəm” verilişi də artıq yayımlanmayacaq. Verilişin dayandırılmasını Q. Məhərrəmlinin özü istəyib: “Qulu müəllim Bakı Dövlət Universitetinin müəllimidir. Artıq yeni dərs mövsümü açılıb və Qulu müəllim çoxlu dərs saatları götürüb. Buna görə də bizdən xahiş etdi ki, dərs saatları azalanda yenidən verilişi yayımlayarıq”./modern.az/


 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!