27 Sentyabr, 2012
“Alen Delon”u döyüb, zorla ata etdilər

Hadisə Bakı şəhərində baş verib 

"Moy Alen Delon!" ("Alen Delonum mənim") adlı tammetrajlı filmin çəkiliş meydançasında qeyri-adi hadisə baş verib. Simsar.az xəbər verir ki, filmdəki epizodların birində öz xoşbəxt həyatını yaşayan Alen Delonun evinə başqın edilir, onu zorla uşaq atası olmağa məcbur edirlər. Döyülən, qorxu içində olan Alen Delon rolunun ifaçısı Canbala məcburiyyət qarşısında irəli sürülən bütün şərtlərlə razılaşır. 

“Media Master Production”ın dəstəyi ilə cəkilməkdə olan ekran işinin direktoru, ideya və ssenari müəllifi, eləcə də baş rolun (yəni Alen) ifaçısı uzun illər Space telekanalında fəaliyyət  göstərmiş Vasif İsmayılzadədir. 

Filmin rejissoru Sain Qəhrəman, operatoru Hakim Ağayev, montajçısı Fərəc Süleymanovdur. Ssenari bütünlüklə Alen Delon ləqəbli Canbala Canbalayevin başına gələn maraqlı məcaralar üzərində yazılıb. 

Filmdə bu aktyorlar rol alırlar - tanınmış estrada müğənnisi Arzu Rzayev, Space TV-nin aparıcısı Fərid Rzayev, aktrisa Zülfiyyə Eldarqızı, "Azəri Star 2006" mahnı müsabiqəsinin iştirakçılarından biri Şəbnəm Rəsulova, Emil Muradlı, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının aktyoru Elşad Məmmədov və başqaları. Onu da bildirək ki, aktyor heyəti heç bir təmənna güdmədən kamera qarşısına keçirlər. 

Film 2013-cü ildə tamaşaçılara təqdim olunacaq.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!