27 Sentyabr, 2012
Bölgədə çalışan həkimlərə güzəşt

Rregionlarda həkim çatışmazlığı problemi var

Bölgələrində çalışan həkimlərə güzəştlər ediləcək. Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında bunu deyib.

Simsar.az xəbər verir ki, nazir müavinin sözlərinə görə, regionlarda çalışan həkimlərə əlavə əməkhaqqı veriləcək, sosial təminatları yaxşılaşdırılacaq.

E.Ağayev deyib ki, hazırda Bakı şəhərindəki tibb müəssisələrində kadr təminatı ilə bağlı problem yoxdur. Ancaq regionlarda həkim çatışmazlığı problemi bu gün də var. Buna görə də, hazırda bu problemin aradan qaldırılması istiqamətində proqram hazırlanır.

"Səhiyyə Nazirliyi kadr təminatı ilə bağlı 5 illik proqram həyata keçirib. Ancaq bu proqram yenilənəcək. Hazırda bununla bağlı Prezident Administrasiyası ilə brigə iş aparılır", - nazir müavini əlavə edib.

Ağayev regionlardakı həkimlərə ediləcək digər güzəştlərin nələrdən ibarət olacağını açıqlamayıb. O deyib ki, hazırda bununla bağlı işlər aparılır. Yalnız bu işlər yekunlaşdıqdan sonra bu barədə əlavə məlumat vermək olar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!