27 Sentyabr, 2012
IQ səviyyəsi yüksək olanlar xoşbəxtdirlər

.

Elm adamlarının araşdırmaları zəka səviyyəsi aşağı şəxslərin bədbəxt olma ehtimalının, zəka səviyyəsi yüksək olanlara nisbətlə daha çox olduğunu aşkarlayıb. Simsar.az-ın məlumatına görə, “Psychological Medicine” jurnalında verilən araşdırmaya görə, İngilis alimləri aşağı IQ səviyyəsinin ümumiyyətlə aşağı gəlir, müxtəlif sağlamlıq problemləri, gündəlik həyatda başqalarının köməyinə ehtiyac duymaya gətirib çıxardığını və bütün bu ünsürlərin də insanı qəmgin etdiyini açıqlayıb.

Araşdırma zamanı 6 min 870 adam arasında sorğu keçirilib, onlardan özlərini xoşbəxt hiss edib etmədikləri soruşulub. Özünü xoşbəxt hiss etdiyini söyləyənlərin 43%-inin IQ səviyyəsi 120-129, bədbəxt hiss edənlərin IQ səviyyəsi isə 70-79 arasında olub. Araşdırmanı idarə edən Angela Hassiotis əldə edilən nəticələrin normal zəka səviyyəsinin altında olan şəxslərin özlərini bədbəxt hiss etmə ehtimalının daha çox olmasını aşkarladığını söyləyib.

Xatırladaq ki, normal zəka əmsalı 90-110 olaraq qəbul edilir.

İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!