27 Sentyabr, 2012
27 sentyabr - lal və karların bayramı

Bu gün Beynəlxalq Lal-karlar Federasiyasının yaranması şərəfinə təsis olunub

27 sentyabr Beynəlxalq Lal-karlar Günüdür. Bu gün 1951-ci ildə Beynəlxalq Lal-karlar Federasiyasının yaranması şərəfinə təsis olunub. Statistikaya əsasən hər doqquz nəfərdən biri eşitmə qabiliyyətindən məhrumdur. Onlar bu qabiliyyəti travma, xəstəlik və ya anadangəlmə itirirlər. 

Yer kürəsində 2500 dil var, lakin bundan əlavə alimləri maraqlandıran bir dil – jestlər dili də mövcuddur. Karlar Federasiyası 50-ci illərdə karların beynəlxalq tədbirlərinə xidmət etmək üçün jestlər sistemini yaradıb.

Qeyd edək ki, eşitmə və görmə qabiliyyətini itirmiş insanların içərisində də çox tanınmış, görkəmli şəxslər olub. Bunlardan Pyer De Rensarı, Hüqonu, Betxoveni, Deseni, Jan Jak Russonu və s. göstərmək olar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!