26 Sentyabr, 2012
BMT-nin Əhali Fondu: “Doğulanlar arasında qızların sayı azalıb”

 

“Azərbaycanda dünyaya gələn körpələrin sayında qız uşaqlarının sayı azalıb”

 

 

Simsar.az-ın məlumatına görə, bunu BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Zahidul Haqq bu gün Bakıda keçirilən reproduktiv sağlamlıq vasitələrinin təminatı təhlükəsizliyinin dövlət tərəfindən idarə olunmasına həsr olunmuş dəyirmi masada deyib. 

Onun sözlərinə görə, Azərbaycanda doğulan qız və oğlan uşaqları arasında nisbət pozulub: “Azərbaycanda qız uşaqlarının doğum faizi azalıb. Bu məsələyə parlamentin və ictimaiyyətin diqqətinin yönəldilməsi üçün əsl məqamdır. 11 oktyabr tarixi BMT tərəfindən qız uşaqlarının beynəlxalq müdafiəsi günü élan edilib. Bu gündən istifadə edədək bu sahədə problemləri qaldırmaq olar”. 


 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!