26 Sentyabr, 2012
Korrupsiya Komissiyası rüşvət qalmaqalına münasibət bildirdi

Vüsal Hüseynov: “Mən həmin videomateriala baxmamışam”

 

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının nümayəndəsi Vüsal Hüseynov millət vəkili Gülər Əhmədova ilə bağlı internetdə yayılmış videomateriala münasibət bildirib.

Simsar.az-ın məlumatına görə, Vüsal Hüseynov videomateriala baxmasa da, məsələnin mahiyyətindən xəbərdar olduğunu söyləyib: “Mən həmin videomateriala baxmamışam, lakin məsələnin mahiyyətindən xəbərim var. Azərbaycanda baş prokuror yanında korrupsiya üzrə mübarizə idarəsi var. Əgər mətbuatda, və yaxud ictimaiyyətdə hər hansı məlumat olarsa, onların bununla bağlı şikayəti olmalıdır, ya da həmin qurum bu məlumatlara reaksiya verməlidir. Hesab edirəm ki, hər hansı belə bir məsələ varsa, aidiyyəti qurumlar tərəfindən reaksiya veriləcək”.


 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!