25 Sentyabr, 2012
Nizami rayonunun 10 aptekində yoxlama

Bütün apteklərdə sertifikatsız dərmanlar aşkarlanıb


Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) Nizami rayonunda fəaliyyət göstərən 10 aptekə baxış keçirib. DVAEM-dən Simsar.az-a verilən məlumata görə, yoxlamalar zamanı bütün apteklərdə yararlılıq haqqında heç bir analiz protokolu olmayan (sertifikatsız) dərmanlar aşkarlanıb.

Yoxlamalar aparılan 10 aptekdə yararlılıq haqqında analiz protokolu olmayan 186 qutu dərman müsadirə edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!